HAQQIMIZDA

SATEX CHEMİE – TİKİLİLƏRİNİZİN ETİBARLI MÜDAFİƏÇİSİDİR

Bugünkü günlə yox, sabahla yaşayın!

SATEX CHEMIE şirkəti sizə inşaatda istifadə olunan kimyəvi tərkibli materialların geniş çeşidini təklif edir.

İnşaat kimyasının istehsalı və düzgün aparılan strategiya sahəsində çoxilli təcrübəyə əsaslanaraq, şirkət dünyada qabaqcıl yerlərdən birini tutur.

Şirkət öz məhsullarında ən yeni nano texnologiyaları tətbiq etməklə və böyük elmi potensiala malik olmaqla, inşaat bazarına ildən ilə yeni və təkmilləşdirilmiş məhsulları çıxarır.

Şirkət məhsullarının keyfiyyəti DIN (alman müfəttiş normativi) və EN normativlərinin bütün tələblərinə uyğundur. Məhz bu səbəbdən şirkətin məhsulları inşaatçılar və əhali arasında böyük tələbata malikdir.

Məhsulun keyfiyyətli olmasından və ona verilən zəmanətdən xəbərdar olan şirkət müştəriləri, ən mürəkkəb inşaat sahələrində materiallardan istifadə edirlər.

4 əsas peşəkar inşaat sahəsində 125-dən çox çeşiddə məhsul istehsal edən SATEX CHEMİE şirkəti aşağıdakı materialları təqdim edir.

İnşaat sahəsində: mineral və bitum əsaslı bir və iki komponentli izolyasiya-hidroizolyasiya materialları, saxsı, keramik və mərmər plitələri üçün yapışqanlar və bənd yerlərinin doldurucuları.

Beton üçün mineral əsaslı təmir-bərpa materialları, poliuretan və epoksid əsaslı inyeksiyalar, xüsusi qatqılar.

Tarixi memarlıq abidələri üçün restavrasiya materialları sahəsində: Bina fasadlarının təmizlənməsi və restavrasiyası üçün xüsusi qatqılar, üst qatın qorunması üçün hidrofob materiallar, əhəng əsaslı sement qatılmayan xüsusi restavrasiya materialları.

Döşəmə örtükləri sahəsində: Sənaye və dekorativ tökmə döşəmələr. Dekorativ və sənaye döşəmələrinin boyanması üçün epoksid və poliuretan əsaslı boyalar və boya elementləri.

Beton döşəmələr restavrasiya və bərpa materialları, xüsusi qatqılar, üçün inyeksiyalar.

Beton əlavələr və beton üçün qatqılar sahəsində: Beton və suvaq məhlulları üçün qatqı və əlavələr. Suda istifadə edilən beton məhlulları üçün xüsusi əlavələr.

Beton məhlullar üçün plastifikatorlar, inyeksiyalı və xüsusi əlavələr, qatqılar.

Beton məhlulundan isti və soyuq havada istifadə etmək üçün xüsusi əlavələr.

Yeni və köhnə tenel qurğuları və metro tikintisi üçün nəzərdə tutulan hidroizolyasiya materiallarının digər analoji materiallarla münasibətdə dünya üzrə analoqu yoxdur.

Şirkətin hidroizolyasiya materialları üçün çoxsaylı tövsiyyə məktubları mövcuddur.

Biz həmişə sizi müştərilərimiz arasında görməkdən məmnunluq hissi duyuruq!

Şirkət mütəxəssisləri hər zaman sizə dünya keyfiyyət standartlarına uyğun olaraq işlərinizin həll edilməsində mühəndis dəstəyini göstərməyə hazırdırlar.